Şou

Hacı Nuranın səhhəti pisləşdi

Metbuat.az

Yaxşı deyiləm, özümü pis hiss edirəm. Səhhətim yerində deyil.

Milli.Az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında "Həyat" fondunun prezidenti, aparıcı Hacı Nuran Hüseynov deyib.

O bildirib ki, hazırda səhhəti qənaətbəxş vəziyyətdə deyil.

"Bu günlərdə Almaniyaya gedəcəyəm. Ağrılarım var, günü-gündən arıqlayıram. Özümü narahat hiss edirəm", - Hacı Nuran bildirib.

Qeyd edək ki, Hacı Nuran ötən günlərdə xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya göndərilmişdi.

Milli.Az