Şou
Günay Yelmarqızı ATV-yə keçdi - FOTO
Aparıcı Günay Yelmarqızı ATV-də işə başlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkədə paylaşım edilib. Günayın ATV-nin xəbərlər studiyasından şəkilləri yayılıb.
Eyni zamanda aparıcı Lalə Azərtaş G.Yelmarqızı ilə şəklini paylaşaraq "Bizim yollarımız 15 il öncə ATV-də kəsişmişdi. Bu gün yenə hamımız eyni məkandayıq" sözlərini yazıb. Fotoda Vaqif Aydınoğlu, Natiq Əliyev və Aytən Əliyeva da yer alıblar.
Qeyd edək ki, Günay bundan əvvəl "Lider", "CBC" kanalında çalışıb.
Milli.Az