Şou
“Gülay məni izləyəndə belə onu izləmirdim” - FOTO
İdmançı Kamil Zeynallı müğənni xanımı Gülay Zeynallıdan ayrılmağı barədə yayılan məlumatlara münasibət bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kamil "X maqazin"ə açıqlamasında vurğulayıb.
O, hər şeyin qaydasında olduğunu qeyd edib: "Ailə həyatımda vəziyyət əladır. Biz həyatımızı instaqram üzərində qurmamışıq. Heç kimi izləmirəm, "follow" siyahım sıfırdır. Gülay məni izləyəndə belə onu izləmirdim. İnstaqram-la hər şey ölçülmür. Qızımız məktəbə gedir. Dedi-qodular həmişə olub, olacaq".
Milli.Az