Şou

Əməkdar artist telekanaldan niyə getdi: "Məcbur oldum"

Metbuat.az

Əməkdar artist, aktrisa Xuraman Əlizadə ARB-dən ayrılıb.

Sözügedən telekanalın "Səhər-səhər" verilişində aparıcılığa başlayan aktrisanın qısa müddətdə verilişdən uzaqlaşmasının səbəbini özündən soruşduq.

Milli.Az xəbər verir ki, yenicag-a açıqlama verən X.Əlizadə verilişdən getməsini işlərinin çoxluğu ilə əlaqələndirib:

"İşlərim çoxdur, eyni zamanda seriallara çəkilirəm. Əvvəldən üç gün çəkiliş müddəti nəzərdə tutulmuşdu. Sonradan bu müddət uzadılıb beş gün oldu. Buna görə də məcbur olub verilişdən getməli oldum".

Milli.Az