Şou

Efirlərdən uzaq düşən əməkdar artist ATV-də seriala çəkilir -

Metbuat.az

Uzun müddətdir efirlərdən uzaq düşən, hər kəsin sevimlisi, əməkdar artist Fizuli Hüseynov yenidən tamaşaçıların qarşısına çıxacaq.

Belə ki, əməkdar artist yeni mövsümdə ATV telekanalında yayımlanacaq "Sevgi naminə" serialında baş rolda olacaq.

Metbuat.az xəbər verir ki, Samir Qulamovun quruluşçu rejissoru olduğu serialda Anar Heybətov, Günəş Mehtizadə, Aysel Nazim, Rüfət Nəzər, Əli Əliyev, Vüsalə Şahvəliqızı, Elçin Məmmədli, Asya Atakişiyeva, Əjdər Zeynalov kimi bir çox məşhur simalar da yer alıb.

Qeyd edək ki, dram janrında olan "Sevgi naminə" serialı yaxın günlərdə tamaşaçıların qarşısına çıxacaq.

Efirdə qonaqların hərəkəti Elçin Əlibəylini heyrətləndirdi VİDEO - Oxumaq üçün tıkla