Hadisə

Cəlilabadda ata və qızı yol qəzasında ağır yaralanıb

Metbuat.az

Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin "TIR" yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Cavid Elman oğlu Qasımov və onun qızı, 5 yaşlı Lalə Cavid qızı Qasımova ağır xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir.//Report.az

Günün qoroskopu - 10 oktyabr - Oxumaq üçün tıkla