Hadisə
Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb
Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları oktyabrın 3-də şəhər ərazisində F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qadın saxlayıblar.
Onun oktyabrın 4-də Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla