Hadisə
Bakıda 3 otaqlı ev yanıb
Bakıda yanğın qeydə alınıb.
FHN-dən Metbuat.az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 92 m2 sahədə və evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Günün qoroskopu - Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər - Oxumaq üçün tıkla