Hadisə

Ağdaşda canavarlar kəndə hücum edərək heyvanları parçalayıb

Metbuat.az

Ağdaşda fərdi təsərrüfata hücum edən canavarlar mal-qaranı tələf edib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

Canavarlar kənd sakini Əbülfət Əhmədovun həyətindəki tövləyə girərək 10 baş xırdabuynuzlu heyvanı parçalayıb. Yalnız ev sahibinin hay-küyü ilə yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.

Qeyd edək ki, bu, canavarların kəndə heç də ilk hücumu deyil.


Messisiz və Ronaldosuz "El Klasiko" - Oxumaq üçün tıkla