Xalq artistindən pərəstişkarlarına BÖYÜK SÜRPRİZ - FOTO
Xalq Artisti Aygün Kazımova yeni albomunu təqdim edib.
Publika.az xəbər verir ki,“Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir. Dünyaca məşhur DJ Vendetta tərəfindən hazırlanan “DUY” adlı mahnının musiqisi dinləyicini eşidən andan özünə valeh edir.
Azərbaycan şou biznesinin yaradıcısı hesab olunan Aygün Kazımova bu dəfə milli musiqi ilə müasir musiqinin sintezini həyata keçirib. Tar, kaman, zurna və ud kimi musiqi alətlərinin səsi və müğənninin gözlənilməz muğam ifası alboma xüsusi əhval ruhiyyə qatıb. Aygün Kazımova dinləyiciləri yarım saat ərzində musiqinin ahəngini duymağa səsləyib.
Albomun musiqi prodüsseri məşhur gürcü musiqiçisi Kakhaberidir. Səsyazmalar Bravo studiyasında həyata keçirilib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.