Şou

"Toppuş bacı": "Qoy nə danışır danışsın"

Metbuat.az

"Toppuş bacı" nəyə görə xərçənglə özünü reklam edir? Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Məsələn, son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?"

Milli.Az yenicag.az-a istinadən bildirir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli əməkdar artist Tünzalə Əliyeva haqda deyib.

Cavabı gecikməyən Tünzalə açıqlama verib və bu barədə çox danışmaq istəmədiyini deyib:

"Qoy nə danışır danışsın. Mən ona heç bir cavab verməyəcəyəm. Dediyim hər sözü əleyhimə işlədirlər. Qaldı ki xəstəliyimə, əməliyyat olunmuşam, müalicələrim davam edir, yaxşıyam".

Milli.Az