Şou
Səməd Səmədov seriala çəkildi
Xalq artisti Səməd Səmədov özünü aktyor kimi sınamaq qərarına gəlib.
Metbuat.az axşam.az-a istinadən bildirir ki, o, "Azad Azərbaycan" telekanalında yayımlanan "Qız atası" serialında rol alıb:
"İncəsənətin hər sahəsi mənim üçün maraqlıdır. Ümumiyyətlə düşünürəm ki, yaxşı müğənni obraz yaratmağı, roldan rola girməyi bacarmalıdır. Ancaq bu aktyorluğu yalnız səhnədə etməlidir. Vay o günə ki, bir insan adi həyatda da rol oynasın, aktyorluq etsin. Belə bir seriala çəkilmək üçün təklif gələndə ilk öncə tərəddüd etdim. Daha sonra razılaşdım. İlk dəfədir ki, belə bir seriala çəkilmişəm. Ekran işində "Qız atası"nın əsgərlik dostu, professor obrazlarını canlandıracam".
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla