Səidədən plagiat açıqlaması - “Utanılası nə var?”
Müğənni Səidə Sultan son "İki- iki" adlı duet layihəsinin plagiat olması barədə yayılan məlumatlara münasibət bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Səidə repçi Jay Hunla (Ceyhun) ifa etdiyi mahnının alban müğənni Klayde və Cen Morelin "Licky" duetindən bəhrələndiyini təsdiqləyib:
"Burada utanılası nə var? Ayıb bir şey deyil. Bütün dünya plagiatdan istifadə edir. Mahnı yenidən aranjeman edilib və əlavələr olunub. Biz tam olaraq mahnıdan istifadə etməmişik. Ancaq xarakter olaraq bəstə eynidir. Sözləri Ceyhuna aiddir, giriş və əlavələri də onlar edib".
Bu məqamda bildirək ki, cütlük "Youtube" səhifəsində və instaqram paylaşımlarında mahnının müəlliflərinin adını qeyd etməyiblər.
Xatırladaq ki, Səidənin mahnısının plagiat olma xəbərini "primetime.az" saytı yayıb.
Milli.Az