Şou

"Savaşçı"nın aktyorlarının üsyanının əsl səbəbini Kənan M.M AÇIQLADI - Bu onların həddinə deyil...

Metbuat.az

Türkiyənin məşhur "Savaşçı" serialı ilə bağlı gəzən söz-söhbətə filmdə azərbaycanlı zabit obrazını canlandıran rejissor-aktyor Kənan M.M aydınlıq gətirib.

Milli.Az-a danışan Kənan M.M serial aktyorlarının üsyanının ssenari dəyişikliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bu da azərbaycanlı məşhurun açıqlaması:

"Çəkiliş davam edir, yalan söhbətdir. Ödəmələrdə biraz yubanma olub, bu da ümumi iqtisadi vəziyyətlə bağlıdır. Amma artıq 3-cü seriya çəkilir. 3-cü seriyaya çəkildim, qayıtdım. Çünki, "pasport"umun vaxtı bitir, giriş-çıxış etməliydim. Sabah çəkilişə qayıdacağam, inşallah. 

O ki qaldı ssenariyə görə deyilənlərə, o aktyorun həddinə deyil. Aktyorların etirazı pul ilə bağlı idi".

Qeyd edək ki, "Savaşçı"nın aktyorlarının 8 seriyadır ki, qonorarlarını ala bilmədikləri üçün çəkilişləri dayandıraraq Eskişehirdən İstanbula qayıtdıqları deyilirdi. Digər iddia isə aktyorların çəkilişlərdən imtina etmələri maaşa görə yox, ssenari dəyişikliyinə görə imiş.

Təhməz Təkin
Milli.Az