Şou
Roza Zərgərlinin qızı əsəblərinə hakim ola bilməyib
Müğənni Roza Zərgərlinin qızı Bənövşəni özündən çıxarıblar.
Metbuat.az xəbər verir ki, buna səbəb sosial mediada paylaşdığı fotolarının fotoşop edildiyinin iddia olunmasıdır.
"Yəqin o qədər gözəl deyilsiniz ki, sizə heç fotoşop da kömək etmir. Onun üçün paxıllıq çəkirsiniz. Sizə heç dəxli yoxdur fotoşop edirəm ya yox. Səviyyəsizliyinin sonunu yaşayırsınız. sadəcə yazığım gəlir sizin kimi insanlara. Elə hünəriniz var öz şəklinizi paylaşın biz də gözəlliyinizə baxaq heyran qalaq. Elə ancaq bizim kimi üzdə olan insanları saxta profildən müzakirə edə bilirsiniz. Heyif çox heyif! Fotoşop etmişəm yaxşı eləmişəm".
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla