Ölkə

Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər

Metbuat.az

Sentyabrın 15-də Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi.

"Çırpınırdın Qara dəniz" və "Azərbaycan" mahnıları səsləndirildi.

Milli.Az