Mədəniyyət

"O aparıcının verilişinə getmərəm" - Xalq artisti

Metbuat.az

Xalq artisti Naibə Allahverdiyeva seriallara çəkilməməyinin, verilişlərə qatılmamağının səbəbini açıqlayıb. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisa bildirib ki, verilişlərə gedərkən seçim edir:

"Bu istirahət günlərində məni görən hər kəs bir sual verir: niyə efirlərdə, seriallarda yoxsunuz? İnşallah, çəkilsəm, yalnız peşəkar rejissorların filmlərində çəkiləcəm. Verilişlərə isə seçim edirəm. Reytinq üçün bilərəkdən qalmaqal yaradan, tamaşaçıya hörmət etməyən, saymayan aparıcının verilişinə getmərəm".

Milli.Az