Nuradan oğluna qadağa: "Zombi olmuşduq..."
Müğənni Nura Suri oğlu Davidə telefon işlətməyi qadağan edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "El bizim, sir bizim" verilişində deyib. O bildirib ki, telefonun övladına ziyan vurduğunu görüb:
"Davidin 10 yaşı var. 6-7 yaşı olanda ona telefon almışdım ki, oyunlar oynasın. Dərinə getmirdim. Gördüm uçuruma gedirik, zombi olmuşuq. Beyin informasiya ilə idarə olunur. Beynimizə ötürülən fikrin daxilində hərəkət edirik. Başa düşdüm ki, oyunlar, Youtube uşaq beyninə təsir edir. Uşaq beyninə də təsir edir.
Uşağıma daha telefon icazə vermirəm. Deyirəm, telefon ancaq zəng etmək üçündür. Mən olmayanda dayəsindən icazə alıb mənə zəng vura bilər. Ya da mənə deyib nənəsinə, qardaşına yığa bilər. Ona başa saldım ki, bəsit biri olmamaq üçün mənə qulaq asmalısan. Ona kitablar verirəm.
Analara deyirəm ki, vaxtınızı uşağınıza sərf edin. Gic-gic oyunlardan uzaq edin".
Milli.Az