Mədəniyyət

Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu həftəsi”nin açılış mərasimi keçiriləcək

Metbuat.az

Sentyabrın 07-dan-10-dək Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.

Milli.Az xəbər verir ki, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi "Çernovik" bədii filmi
nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 08-də rejissor Yekaterina Teleqinanın, azərbaycan aktyorlarınında yer aldığı komediya janrında çəkdiyi "Kilimandjara" filmi, sentyabrın 09-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi "Trener" filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi "Salyut - 7" bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq.

Nümayişlərə giriş sərbəstdir.

Milli.Az