Şou
Nigar Mətanətə söz atdı - “Limon suyu içirəm” - ViDEO
Müğənni Nigar Camal Mətanət Əsədovaya söz atıb.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yunanıstdan istirahətdə olan sənətçinin videosunu bu dəfə həmkarı Eldar Qasımov paylaşıb.
Video cütlük hovuzda əylənərkən lentə alınıb. Görüntüləri telefona çəkən aparıcı Ranar Musayev iki tanınmış şəxsə "Nə içirsiz" sualını verib. Nigar isə gülərək "Limon suyu içirəm" deyib.
Bu məqamda bildirək ki, bir müddət əvvəl müğənni Mətanət Əsədovanın içki içdiyi iddia edilən videosu paylaşılmışdı. İfaçı açıqlamasında spirtli içki yox, limon suyu içdiyini bildirmişdi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: