Hadisə

Mingəçevirdə yanğın baş verib

Metbuat.az

Mingəçevirdə 2 otaqlı ev yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dünyanın ƏN SİRLİ yazıları - Hələ də oxuya bilmirlər - Oxumaq üçün tıkla