Şou
"Məni verilişlərə çağırmayın" - Murad Arif
Müğənni-bəstəkar Murad Arif bir müddət efirlərdən uzaq qalacağını deyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcılara səslənərək, onu verilişlərə çağırmamalarını xahiş edib:
"Hörmətli televiziya dostlarım, artıq dördüncü aydır ki, tok-şoulara, söhbətli, qonaq-qaralı verilişlərə çıxmıram. Rica edirəm ki, daha bir ay da dəvət etməyəsiniz. Bunun müəyyən, texniki, layihələrimlə bağlı, səbəbləri var. Oktyabrın 15-dək yalnız konsert proqramlarında, sırf mahnı oxuyacağım yerlərdə, bir də məclislərdə görüşənədək. Anlayışla qarşılayacağınıza inanıram".
Milli.Az