Şou

Məlahət Abbasova Türkiyə vətəndaşı oldu - FOTO

Metbuat.az

Aktrisa Məlahət Abbasova Türkiyə vətəndaşlığı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktrisa özü xəbər yayıb. O, pasportunun şəklini rəsmi İnstaqram səhifəsində yerləşdirirək yazıb:

"Nəhayət 27 illik Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Böyükşehir Bələdiyyəsi şəhər teatrındakı əməyimin qarşılığı gəldi. Türkiyə və Azərbaycan dövlətinin sadiq, ləyaqətli əsgəri olaraq bununla qürur duyuram və 2 dövlət bir millət övladı kimi Türkiyə Cümhuriyyəti tərəfindən mənə layiq görülən bu əmanəti ləyaqətlə daşıyacağam".

Qeyd edək ki, 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub orada yaşayan aktrisanın Sudə və Uğur adlı iki övladı var.

Milli.Az