Hadisə

Keçmiş məhkum qohumunu balta ilə öldürdü

Metbuat.az

Sentyabrın 27-də Lənkəran rayonunun Vilvan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi olan qohumu Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.

DİN-dən Metbuat.az-a verilən xəbərə görə, nəticədə S.Yusubov hadisə yerində ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə M.Əzimov saxlanılıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla