Dünya
İspaniyada avtobus qəzası - 6 ölü
İspaniyanın şimalındakı Aviles şəhərində avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, 30 nəfər isə xəsarət alıb.
Avtobus piyada keçidinin beton dirəyinə çırpılıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Milli.Az