Hadisə
İki evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb
Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılmışdır.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evlərin birindən 300 manat, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla