Hadisə

Göldə batan şəxsin axtarışları aparılır

Metbuat.az

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla