Şou

Estetiksiz fotoları yayılan Türkiyə gözəli danışdı - FOTO

Metbuat.az

“Miss Türkiyə 2018”in qalibi seçilən qalmaqallı model Şahin Şevval açıqlama verib.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, müsabiqənin 3 gözəli Şəvval Şahin, Tara Madelein De Vries və Roda Irmak Kalkan teve2-də “2.sayfa” proqramına qonaq olub. Estetik əməliyyatdan əvvəlki şəkilləri yayılan Şəvval Şahin verilişdə ünvanına deyilən tənqidlərə cavab verib:

“Birinci seçildiyim üçün çox xoşbəxtəm, qürurluyam, həyəcanlıyam. Hansısa dərəcə almaq könlümdən keçirdi, lakin birinciliyi gözləmirdim. Mənə də sürpriz oldu. Tara ilə Rodanın dərəcə alacağını bilirdim.

İlk dəfə 16 yaşında podiuma çıxmışam. Bir gün yolda gedirdim, model agentliyinin əməkdaşı məni gördü. Kartını verdi. O gün agentliyə getdim. Məni qəbul etmədilər. Başqa yerə yönəltdilər. O agentlik dərhal məni qəbul etdi. İşləməyə başladım.

Burnumdan başqa heç bir yerim estetik deyil. 17 yaşında etdirmişəm. Bunu heç vaxt gizlətməmişəm. Sosial şəbəkələrdə 11-12-13 yaşında, məktəb illərində çəkilən fotolar yayılıb. Yeniyetməlikdən əvvəl çəkilən fotolardır. O zaman makiyaj texnikası başqa cür idi. Tənqidlərə üzülmədim, çünki nəticə bəllidir. Mən nə etdirdiyimi və nə etmədiyimi yaxşı bilirəm.

Estetik mənim üçün çox normaldır. 2018-ci ildəyik. Özündə bəyəndiyim bir yerin varsa, bunu estetiklə düzəltməkən təbii haqqındır. Yarışda estetik əməliyyat etdirənlərə hər hansı qadağa yoxdur. Heç vaxt burnumu kəsdirməmişəm demədim. Məni tənqid edirlər. Bu mənim seçimimdir. Əməliyyat mənə yaxşı təsir etdi, özümə inamım artdı.

Mən təkcə üzümlə və boy-buxunumla birinci olmamışam. Düşərgə müddətində həmişə birlikdəyik. Danışmağına, nitqinə, insanlarla dialoquna, enerjinə və mədəniyyətinə baxırlar. Hesab edirəm ki, bütün bunlar məndə yüksək səviyyədədir. Estetiksiz halımla birinci ola bilərmiydim? Bilmirəm. Lakin dərəcə alardım. Dediyim kimi birincilik tək burunla bitmir.

Sosial mediadakı şərhlərdən sonra gözəllik tacımın alınmasından qorxmamışam. Çünki estetik yasaq deyil. Süni görüntü, qaynaq saçlar, linza və s. bu kimi əlamətlər varsa, birinciliyə təsir göstərə bilər. Adamım olduğu iddiası da mənə gülməli gəldi. Heç bir münsif üzvünü tanımırdım da".

Model daha sonra şəxsi həyatı barədə danışıb:

“Syed Amir-Ali Kirmanla 5-6 aylıq bir münasibətimiz vardı. Londonda tanış olduq. O başqa bir universitetdə oxuyur. Məni çox dəstəklədi. Ailəm də çox dəstək olur. Sevgilim məni qısqanmır. Mənim uğur qazanmağımı çox istəyir”.