Hadisə

Ələtdə “KamAZ” yol ayırıcısına çırpılıb

Metbuat.az

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Qeyri-sabit hava sentyabrın 28-dək davam edəcək - Oxumaq üçün tıkla