Şou
"Çukur"da "Cumali"ni bu aktyor canlandıracaq
Ötən sezon Show TV-də yayımlanan və milyonların izlədiyi "Çukur" serialında hamının maraqla gözlədiyi "Cumali" obrazını canlandıracaq aktyorun adı açıqlanıb.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, "Cumali"yə "Şəxsiyyət" serialından çox sevilən aktyor Nəcib Memili həyat verəcək.
"Cumali"nin sezon finalında daş üstündə daş qalmayan Çukura və illər sonra üzləşəcəyi ailəsi Koçovalılara necə təsir edəcəyi maraqla gözlənilir.
Milli.Az