Hadisə

Bakıda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb

Metbuat.az

Bakıda orta yaşlı qadın itkin düşüb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayonun M.Əliyev küçəsi, ev 26-da yaşayan, 1978-ci il təvəllüdlü Səmədova Sevinc Tofiq qızı avqustun 6-da saat 18 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.

Alimlər ömrü 150 ilə qədər uzadan dərman tapıblar - ŞOK İDDİA - Oxumaq üçün tıkla