Hadisə
Bakıda 16 yaşlı oğlan balkondan yıxılıb öldü
Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla