Şou
Aygün Kazımova
Xalq artisti Aygün Kazımova sevilməyin sirlərindən danışıb.
Tanınmış ulduz Publika.az-a verdiyi açıqlamasında bildirib ki, sevilmək istəyən insan birinci növbədə özü qayğıkeş olmağı bacarmalıdır:
“Nəinki sevilən qadın, ümumiyyətlə sevilən insan olmaq üçün ilk növbədə özün olmalısan, qarşındakını anlamalı və onun qayğısına qalmalısan. Əgər əks cinsdən sevgi gözləyirsənsə, özün ondan da artıq sevgi verməlisən, hörmət bəsləməlisən və s”.
Daha sonra müğənni qadınla kişi arasındakı sədaqət mövzusuna toxunub:
“Kişinin xəyanət edib-etməməsi qadından yox, özündən asılıdır. Xəyanət etmək istəyən kişini hər hansı yolla saxlamaq və dəyişdirmək mümkün deyil”.