Şou
"Anamın qəbrini ziyarət edə bilmirəm" - Xalq artisti göz yaşlarına boğuldu
Xalq artisti Naibə Allahverdiyeva ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı olub.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, tanınmış aktrisa mərhum anasını xatırlayaraq, göz yaşlarına boğulub.
N. Allahverdiyeva bunları deyib:
"Qəbrinin üstünə gedə bilmirəm. Gedən kimi çox pis oluram. Ağır xəstə idi, mənim evimdə dünyasını dəyişdi. Ona dedim ki, ana, mənə halallıq verəcəksən? Mənə 3 dəfə "halal xoşun" dedi".
Xatırladaq ki, xalq artisti Naibə Allahverdiyevanın anası Bilqeyis xanım 2017-ci ilin martında dünyasını dəyişib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: