Şou

Yavər Rzayev: “Nə qalmaqal, nə əlbəyaxa?”

Metbuat.az

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə Xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında qalmaqal yaşanıb. Baş verən hadisənin görüntülərini Yenicag.az saytı yayıb.

Rejissor Yavər Rzayevin məsələ ilə bağlı Publika.az-a danışıb. O, bildirib ki, baş verən hadisəni saytlar şişirdib:

“Nə əlbəyaxa dava, nə qalmaqal? Bu, sadəcə kiçik anlaşılmazlıq idi. Orda şişirtməli heç nə yoxdur. Əgər ciddi dava olsaydı, orda olan hər kəs bizi çəkərdi. Əslində, narazıçılıq olmuşdu. Tədbir bitəndən sonra Oqtay bəylə söhbət edib məsələni həll etdik. Heç özüm başa düşmədim ki, niyə belə oldu".