Maraqlı
Uzunmüddətli yuxunun ölümcül təsiri sübut edilib
Kilsk unuversitetindən olan Çun Şinq Kvonananın rəhbərliyi altında bir qrup alimin gəldiyi qənaətə görə, uzunmüddətli yuxu ürək xəsətliklərinin yaranmasına və vaxtından əvvəl ölümə səbəb olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 3 milyonluq iştirakçının köməyi ilə 74 tədqiqat aparıblar.
Əldə olunan nəticəyə əsasən, gündəlik 10 saat yuxu, ölüm riskini 30% çoxaldır. Həmçinin ilsultdan ölüm halları 59 %, qan damar xəstəliklərininin yaranması isə 49 % artmış olur.
Uzun yuxunun təhlükəli olması kimi, yuxuya meyillilik özü-özlüyündə xəstəlik əlamətidir. Mütəxəssislər 7-8 saat yuxu vaxtının olmasını məsləhət görürlər. Bu, eyni zamanda ciddi xəstəliklərin yaranmasının qarşısınnı ala bilər.
Milli.Az