Hadisə

Ucarda minik avtomobili aşıb

Metbuat.az

Ucar rayonunun Küçəkənd kəndində “Hyundai” markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla