Hadisə
Sumqayıtda bir nəfər kanalda batıb
Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlunun axtarışları başa çatıb.
Metbuat.az FHN-ə istinadən xəbər verir ki, D.Əbilovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
Bakıda 32 dərəcə isti olacaq - Hava proqnozu - Oxumaq üçün tıkla