Şou

"Söz tapmıram deməyə..." - Abbas Bağırov

Metbuat.az

Əməkdar artist Abbas Bağırov İnstaqram səhifəsində canlı yayıma girib və izləyicilərin suallarını cavablandırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni yeni mahnı oxumamasının səbəbini açıqlayıb. O bildirib ki, mahnılarına baxış sayı az olur:

"Hamı yeni mahnı istəyir. Amma yeni mahnı oxuyub paylaşırsan ki, hamı dinləsin. O mahnıya baxış sayına baxanda adam çox təəssüflənir, heyfslənir. Təəssüflənirəm ki, hansı videolar, fotolar çoxsaylı baxış qazanır... Söz tapmıram deməyə... 

Heç vaxt oxuduğum bəstəkar mahnılarını bayağıya dəyişmərəm. O, çoxsaylı baxış toplayan mahnıların 1 ay ömrü var. Sevinirəm ki, oxuduğum bəstəkar mahnıları bugünə kimi dinlənilir".

Abbas solo konsertə hazırlaşdığını da bildirib. Sənətçi verilişlərdən də gileylənib:

"İndiki verilişlərdə yazıq qonaq 1 saata bilmir danışsın, yoxsa mahnı oxusun. qalan 2 saat ancaq reklam. bütün reklamları əzbər bilirəm. Veriliş başlayanda reklamla başlayır. Bəzi radiolar da var ki, heç Azərbaycan mahnısı vermir, ancaq xarici".

Milli.Az