Şou

Röyanın mahnısı plagiatdır? - Bəstəkar açıqladı və Elnarəyə... - VİDEO

Metbuat.az

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova Əməkdar artist Röya Ayxanın "Mənə sevgidən bəhs et" mahnısının dünya şöhrətli ulduz Uitni Hyustonun "I have nothing" mahnısı ilə oxşar olduğunu iddia edib.

Röya müğənni Elnarəni YIXIB-SÜRÜDÜ: "Mən canlı ölüləri..." - VİDEO

Sözügedən mahnının sözləri bəstəkar Zülfi Bədəlovundur.

Bəstəkar Publika.az-a məsələ ilə bağlı açıqlama verib. Z.Bədəlov mahnının plagiat olduğu iddialarını qəbul etməyib:

“Elnarə xanım savadlı müğənnidir, lakin ondan bu addımı gözləməzdim. Kompozisiyaların sadəcə əvvəlində oxşarlıq var, musiqilər tamamilə fərqlidir. O mahnı hara, mənim yazdığım hara? Əvvəllərinin oxşar olması bəstəkarın günahı deyil, birbaşa aranjimançıya aid olan işdir. Aranjimançı mahnını o cür hiss edib, o cür görüb. Sadəcə 5 saniyə oxşayır deyə bu boyda həngamə çıxartmaq nəyə dəyər? Elnarə xanımın iddiası mənə gülməli gəlir. O, musiqiçi həmkarının uğuruna sevinməlidir".

Z.Bədəlov daha sonra Sinan Akçıl kimi türkiyəli məşhurlardan iş təklifləri aldığını deyib:

"Üç ay əvvəl Sinan Akçılla Melda "Demesinler" adlı mahnımı ifa edib. Bu yaxınlarda türkiyəli müğənnilər Berkay "Ben sadece" və İrem Derici "Yazsın bana" adlı mahnılarımı oxuyub. Sentyabrda isə Hande Ünsalla əməkdaşlıq edəcəyik".

Aytən