Röyadan məşhur aparıcıya müəmmalı İSMARIŞ: “Arada "zad" eləsən də…”
Əməkdar artist Röya Ayxan məşhur prodüser və “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyevin adını (Tolik) instaqramda işarələyərək ona müəmmalı ismarış ünvanlayıb.
Publika.az xəbər verir ki, ifaçı Tolikə olan iradlarını özünəməxsus şəkildə bildirib. Sözügedən mesajı təqdim edirik:
“Sənə 3 şeyi açıq deyirəm. Birincisi, çəki ilə və ya hər bir xoşuna gəlməyən yerinə görə kompleksdən uzaqlaş, özünü sev! İkincisi, bir də o gic proqramda özünü dediyim hallara qoyma! Üçüncüsü və ən əsası, sənə verilən adı qoru “Koşa-moşa” bizlik deyil, bilirsən də! Belə isə sənə halal olsun, həyatına evinə sahib çıxdın! Lakin sözüm sözdür, səndə bir star oldu ki, ömür boyu məktəbindir. Arada "zad" eləsən də, bu dəfə dik durmağı da öyrəndin! Bir də şəkillə bağlı bezdirsən, bu işi atacam”.