Şou

Nazim Aygünün avtomobilini əzdi

Metbuat.az

Müğənni "Faytonçu" Nazim həmkarı Aygün Mahmudovanın avtomobilini vurub. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda özü xəbər verib. O deyib ki, "5/5" verilişinə gələndə sənətçinin maşınını əzib:

"Şad xəbər vermək istəyirəm: Verilişə gələndə Aygün xanımın avtomobilini əzdim. Arxadan arxanı vurdum. Nömrəmi yazıb vurdum maşına. Sonra mühafizə dedi ki, Aygün xanıma özünüz verilişdə deyərsiz. Onda bildim ki, maşın Aygünün imiş".

Milli.Az