Dünya ulduzlarının Mövlanə EŞQİ - FOTO
“Oskar” sahibi oaln aktyor Hilari Svank Şərqin böyük mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin hikmətli sözlərini paylaşan məşhurlar cərgəsinə qatılıb.
Publika.az xarici mətbuatına istinadən xəbər verir ki, Suonk "Sevənlər ən sonda haralardasa görüşmürlər. Onlar lap əvvəldən bəri bir-birinin içindədir" sözünün ingilis dilində olan tərcüməsini öz səhifəsində paylaşıb.
Kara Delevin
İngiltərəli model Kara Delevin bir müddət əvvəl İnstaqram hesabından Mövlananın hikmətli fikirlərini Rumi həştəqi ilə paylaşmışdı. Onun Rumiyə aid olan "Ürəyin bir gün səni sevgiliyə aparacaq. Ruhun bir gün səni sevgiliyə daşıyacaq. Ağrının içində qeyb olma, bil ki dərdin bir gün dərmanın olacaq" paylaşımı türklərin böyük rəğbətini qazanmışdı.
Adrian Lima
Dünyaca məşhur model Adriana Lima 14 Fevral Sevgililər Günündə instaqramda Mövlanaya aid olan “Bir şam digərini yandırmaqla işığından heç nə itirməz” fikrini paylaşmışdı. Limanın paylaşımını minlərlə insan, xüsusilə türklər bəyənmişdi.
Cennifer Lopez
Jennifer Lopez İnstaqramda olduqca aktivdir. Tez-tez foto və video paylaşan Lopezin Mövlana Cəlaləddin Rumiyə aid olan paylaşımı olduqca maraqlıdır:
“Rəqs et, qəlbin qırılmış və ortalıqda param-parça olmuşkən, rəqs et, əgər ağrılarını bürüyən yara bezlərini çıxarıb atmısansa, müharibənin və savaşın tən ortasında rəqs et, qaynayan qanının içində rəqs et, rəqs et, ruhun və qəlbin tamamilə azad ikən".