Cem Yılmaza 18+ ŞƏRTİ
Cem Yılmaz 6 ildən sonra yeni stənd-ap şou ilə sevənlərinin görüşünə gələcək.
Publika.az türk mediasına istinadən xəbər verir ki, Yılmazın ilk şousu 2019-cu il 9 mart tarixində İngiltərənin paytaxtı Londonda baş tutacaq.
Paytaxtın ən məşhur əyləncə mərkəzlərindən olan "Eventim Appolo"da pərəstişkarlarının görüşünə çıxacaq Cem Yılmaz onu da bildirib ki, salon 5 mindən çox izləyici üçün nəzərdə tutulub. Biletlərin qiyməti isə 45-111 avro arasında dəyişəcək. Biletlər artıq böyük sürətlə satılmağa başlayıb.
Şoumen qarşısında 18+ şərti qoyulub. Belə ki, zarafatlarında daha çox 18+ mövzulara toxunan Cem Yılmzın şousuna bu yaş həddindən aşağı yeniyetmələr yalnız valideynləri ilə birgə qatıla biləcəklər.
Onu da qeyd edək ki, Cem Yılmaz bugünədək dünyanın dörd bir yanında 5 mindən çox stənd-ap şou ilə çıxış edib.
Leyla Sarabi