Mədəniyyət
Azərbaycanlı aktrisa ilanı boğazına doladı - FOTO
Əməkdar artist Xalidə Quliyeva yay istirahətini Çexiyanın paytaxtı Praqa şəhərində keçirir. Ailəsi ilə birlikdə şəhəri gəzən aktrisa macəra dolu gün yaşayıb. Belə ki, əməkdar artist çəkinməyərək hətta ilanı da boğazına dolayıb. Hamı onun bu cəsarətli addımını alqışlayıb.
Milli.Az-a açıqlama verən aktrisa bunları bildirib:
"Uzun müddətdir ki, Azərbaycandan kənarda istirahət edirəm. Hər il olduğu kimi bu il də ailəmlə birlikdəyəm. Mən heyvanları çox sevirəm, ona görə ilandan qətiyyən qorxmadım. Mənə elə gəlir ki, heyvanlardan yox, insanlardan qorxmaq lazımdır".
Əli Novruzəliyev
Milli.Az