Şou

Anar Nağılbazın ölüm xəbəri yayıldı - FOTO

Metbuat.az

Sosial şəbəkələrdə reper Anar Nağılbazın ölüm xəbəri yayılıb.

Belə ki, bu barədə Nazpəri Dostəliyevanın eks-prodüseri Mika Hüseyn yazıb. O, video paylaşaraq Nağılbazın 5 dəqiqə öncə keçindiyini qeyd edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məsələ ilə bağlı müğənninin yaxın dostu və müğənni Tafurla əlaqə saxlanılıb.

İfaçı açıqlaması zamanı məlumatı təkzibedib:

"Mən nə vaxt Anarı aparıb basdırsam o zaman öldüyünü deyərəm. Belə bir şey yoxdur. Olsa, atası deputat olub, çıxıb açıqlama verər, anası jurnalistlərə danışar".

Qeyd edək ki, reperin uzun müddətdir səhhətində problem olması, onun ölümünə inanların sayını artırıb.

Milli.Az