Sosial
Mənbə
ANS PRESS
Zəncirvari yol qəzası: 20-dən çox yaralı, bir ölü (VİDEO)
Amerika Birləşmiş Ştatlarında (ABŞ) zəncirvari qəza baş verib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Yuta ştatında 17 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 20-dən çox adam yaralanıb, bir nəfər isə ölüb. Bu barədə ölkə televiziyalarında “KSL” xəbər yayıb.
Xəbərdə bildirilir ki, hadisə Tuel avto-magistralında yaşanıb. Yerli patrul xidməti qəzada 6 yük, 11 minik avtomobilinin iştirak etdiyini vurğulayıb.
Hazırda yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Qəzaya səbəb kimi öndə gedən avtomobilin qəfil sürəti azaltması, digərlərinin də əyləci sıxmağa vaxt tapa bilməməsi göstərilir.
Hadisə yerinə çox sayda xilasedicilər və həkm briqadası cəlb edilib.
Faktla bağlı araşdırmalar aparılır.
ANS PRESS