Mədəniyyət
"YUĞ" Teatrı "Sonuncu"nu tamaşaya qoyacaq
"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti, əməkdar incəsənət xadimi Ramiz Həsənoğludur. Birpərdəli pyesdə əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmər Rəhimov və aktrisa Könül Cəfərzadə çıxış edir.
Ramiz Həsənoğlu "Report" a açıqlamasında bildirib ki, hazırda tamaşanın proqon məşqləri gedir: "Əsər yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək".