Mədəniyyət

Yuğ Dövlət Teatrında yeni tamaşa 

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Yuğ Dövlət Teatrında gənc yazıçı Pərvinin “Sonuncu” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.


Teatrın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğludur. Birpərdəli pyesdə əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmət Rəhimov və aktrisa Könül Cəfərzadə çıxış edir.


Bildirilib ki, hazırda tamaşanın son məşqləri gedir, əsər yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.