Şou

Yerli şou-biznesin tənha məşhurları - FOTO

Metbuat.az

Azərbaycan şou-biznesində gözəl xanımlar, yaraşıqlı oğlanlar çoxdur. Ancaq tale quşu hələ də onların çiyinlərinə qonmayıb. Onlar hələ də tənhadırlar.



Milli.Az

Lady.Day.Az

-a istinadən xəbər verir ki, yerli şou nümayəndələrinin bəziləri heç vaxt nikahda olmayıblar.



Natavan Həbibi

nin artıq 35 yaşı var. Bu günlərdə ös yarını tapdığını bildirib. Tezliklə toy olacağını söyləyib.



29 yaşlı

Sevda Yahyayeva

seçəcəyi kişiyə çox diqqətlə yanaşır. Onun sözlərinə görə, sevdiyi insan var. Bütün konsertlərdə naməlum bir şəxsin ona böyük gül buketi təqdim etdiyini görürük.



Teleaparıcı

Nanə Ağamalıyeva

da öz sevgisini gözləyir. O hesab edir ki, yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçdiyi insan onu anlasın, dəstək olsun.



25 yaşlı

İlqarə Kazımova

anasının izi ilə gedərək özünü yaradıcılığa həsr etməyi düşünür. O hesab edir ki, evlilik bir qədər gözləyə bilər.



Günay İbrahimli

səhnədə böyük uğurlar qazansa da, şəxsi həyatında sakitlik hökm sürür. Müğənni varlı həyat yoldaşı arzusundadır.



Zəhra Bədəlbəyli

şəxsi həyatı haqda danışmağı sevmir. Belə suallardan qaçmağa çalışır. Ancaq hələ də öz yarına rast gəlməyib.



31 yaşlı

Elçin Cəfərov

son dövrlər yerli şou-biznesin əsl seks-simvoluna çevrilib. O hesab edir ki, ciddi münasibətlər yaradıcılığına mənfi təsir göstərər. Bu səbəbdən də ailə qurmur.



Xəyyam Nisanov

bu il evlənməyə söz verib. Sözlərinin nə qədər həqiqət olduğunu yaşayıb görəcəyik.



Uzun saçı, təbəssümü və gitarası ilə qızların ağlını başlarından alan

Çingiz Mustafayev

azad olmağı sevir.



25 yaşlı

Eldar Qasımov

bir neçə dəfə deyib ki, sevgilisi xarici vətəndaşdır. Xəbərlərin yoxluğundan belə nəticəyə gəlmək olar ki, onların münasibətlərində irəliləyiş yoxdur.



İlkin Həsəni

nin evləmək vaxtı çoxdan çatıb. Ancaq o qədər məşğuldur ki, şəxsi həyatı barədə unudub.



Milli.Az